“Təhsil sahəsində mübadilə proqramları və karyera imkanları”

22 Aprel 2020
“Təhsil sahəsində mübadilə proqramları və karyera imkanları”

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 22 aprel 2020-ci il tarixində “Təhsil sahəsində mübadilə proqramları və karyera imkanları” mövzusunda növbəti “UniTalks” görüşü keçiriləcək.

İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubovun moderatorluğu ilə Feysbuk üzərindən saat 19:00-da başlayacaq görüşün qonaqları Texas Texnoloji Universitetinin dosenti Ali Nejat, BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi müdiri Arif Nəcimov və Ayxştet İngolştat Katolik Universitetinin magistri Nərminə Əbilova olacaqdır.

Görüşə https://www.facebook.com/beutechnopark/ səhifəsi üzərindən qatılmaq mümkündür.

Qeyd edək ki, artıq bir müddətdir ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq Texnopark və İnnovasiya Mərkəzi “UniTalks” görüşləri onlayn şəkildə keçirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər