“Tədris kursunun hazırlanmasında Backwards Design yanaşması” mövzusunda təlim

10 Fevral 2025
“Tədris kursunun hazırlanmasında Backwards Design yanaşması” mövzusunda təlim

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasında "Tədris kursunun hazırlanmasında Backwards Design yanaşması” mövzusunda təlim keçirilib.

Təlimdə Fulbrayt Fakültə İnkişaf Proqramının iştirakçısı, adıçəkilən kafedranın baş müəllimi İradə Məmmədova Amerikanın Marşal Universitetində Fulbrayt proqramı çərçivəsində ingilis dilinin effektiv tədrisi metodikası üzrə apardığı araşdırmalar haqqında ümumi məlumat verib.

O, daha sonra Amerika ali təhsil müəssisələrində tətbiq edilən ən müasir yanaşma olan tədris kursu və sillabusların hazırlanmasının əsas prinsipləri, eləcə də Backwards Design yanaşması ilə bağlı zəruri bilgiləri diqqətə çatdırıb. Bildirib ki, Backwards Design ənənəvi yanaşma metodlarından fərqli olaraq tədris kursuna sondan irəli doğru yanaşmadır və 3 mərhələdə həyata keçirilir. 1-ci mərhələ kursun məqsəd və nəticələrinin, 2-ci qiymətləndirmə vasitələrinin müəyyən olunması, 3-cü mərhələ isə öyrədici fəaliyyətlər və tapşırıqların düzgün hazırlanmasını ehtiva edir.

İnteraktiv keçirilən təlimin sonunda iştirakçılara Backwards Design üsulunu tətbiq etdirən tapşırıqlar verilib və ortaya çıxan suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər