Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Bakı Mühəndislik Universitetinin (BMU) qonağı olub.
Əməkdar artist Loğman Kərimovun baş rejissor olduğu teatrın kollektivi tələbə və müəllimlər qarşısında Mirzə Fətəli Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyası əsasında səhnələşdirlmiş “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə çıxış edib.
Əsərin əsasını təşkil edən köhnəlik və yeniliyin mübarizəsini müasir dillə çatdıran məzhəkə auditoriya tərəfindən maraqla və alqışlarla qarşılanıb.
BMU Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatı dəstəyi ilə keçirilən tədbir müəllim və tələbələrin asudə vaxtlarının səmərəli təşkili, həmçinin tələbələrin bədii zövqünün formalaşdırılması, milli-mənəvi dəyərlərimizə, milli teatra marağının daha da artırılması məqsədilə gerçəkləşdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi