Süni intellektin ingilis dilinin tədrisinə inteqrasiyası ilə bağlı elmi-metodiki seminar

28 Fevral 2025
Süni intellektin ingilis dilinin tədrisinə inteqrasiyası ilə bağlı elmi-metodiki seminar

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasında “Süni intellektin ingilis dilinin tədrisinə inteqrasiyası” (İntegrating AI into English teaching) mövzusunda elmi-metodiki seminar keçirilib.

Kafedranın müdiri Nərminə Əliyeva hazırda bütün dünyada süni intellektdən istifadənin aktuallaşdığını qeyd edərək, bu mövzuda keçirilən elmi  seminarların müəllimlər üçün əhəmiyyətli olduğunu vurğulayıb.  

Sonra kafedranın müəllimi Çinarə Nərimanova məruzə ilə çıxış edərək, süni intellektdən istifadə üçün ən maraqlı və perspektivli sahələrdən birinin təhsil, xüsusən də xarici dillərin öyrənilməsi olduğunu bildirib. Xarici dilin öyrənilməsində süni intellektin tətbiqi yollarından danışan Ç.Nərimanova onun  müsbət və mənfi cəhətlərinə də toxunub.

Ardınca ingilis dilinin öyrədilməsi, eləcə də öyrənilməsində müəllim və tələbələrə faydalı ola biləcək süni intellektlə təmin olunmuş bəzi proqramlar seminar iştirakçılarına əyani təqdim edilib.  

Seminarda həmçinin Al istifadəsi zamanı qarşıya çıxan çətinliklər, süni intellektin hazırda və gələcəkdə yaradacağı təhlükələr müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər