Sənədləşmə işlərinə məsul əməkdaşlar üçün təlim keçirilib

23 Yanvar 2025
Sənədləşmə işlərinə məsul əməkdaşlar üçün təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) kargüzarlığın aparılmasına məsul şəxslər üçün “Sənədlərlə işin təşkili” mövzusunda təlim keçirilib.  

Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanova təlimin məqsədinin sənədləşmə prosesini daha səmərəli və düzgün təşkil etməkdən ibarət olduğunu bildirib. Vurğulayıb ki, universitetdə yeni strukturların yaranması, yeni əməkdaşların fəaliyyətə başlaması belə bir təlimin keçirilməsini zəruri edib.

Sonra Sənədlərlə iş və arxiv şöbəsinin müdiri Tahirə Quliyeva sənədlərin yaranmasından arxivləşdirilməsinə qədər olan proses haqqında, habelə bir sıra yeniliklərlə bağlı ətraflı məlumat verib.

Təlim zamanı, eləcə də blanklar və möhürlər, onlardan istifadə, həmçinin əmrlər, əsasnamə, fəaliyyət planı, hesabat, protokol, arayış, məktubların hazırlanmasına qoyulan tələblərə, qeydiyyatı və arxivləşdirilməsi qaydalarına aydınlıq gətirilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər