“Schlumberger Logelco Inc.” şirkəti BMU-da tələbələr arasında işə qəbul üzrə imtahan keçirib

20 İyun 2019
“Schlumberger Logelco Inc.” şirkəti BMU-da tələbələr arasında işə qəbul üzrə imtahan keçirib

    “Schlumberger Logelco Inc.” şirkətinin Azərbaycan nümayəndəliyi universitet tələbələri arasında işə qəbul üzrə imtahan keçirir. Şirkətin keçirdiyi imtahanın birinci mərhələsində Bakı Mühəndislik Universitetinin 36 tələbəsi iştirak edib. İmtahanın ikinci, müsahibə mərhələsinə isə 10 nəfər tələbə vəsiqə qazanıb.

    Bu gün “Schlumberger Logelco Inc.” şirkətinin Azərbaycan nümayəndəliyinin İşə qəbul və universitetlərlə əlaqələri üzrə meneceri Gafur Assylkanov BMU-da keçirilən imtahanın müsahibə mərhələsində iştirak edib. Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə keçirilən imtahanda ikinci mərhələyə haqq qazanan tələbələr iştirak edib.

 

Digər xəbərlər