Şagirdlər BMU-da ekskursiyada olublar

18 Oktyabr 2022
Şagirdlər BMU-da ekskursiyada olublar

Kaspi Liseyinin şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

Şagirdlərə ali təhsil ocağının maddi-texniki bazası, mövcud laboratoriyaları, həmçinin universitetdə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib.

Sonra məktəblilər BMU-nun müasir infrastruktura malik Kimya və kimya mühəndisliyi, Biologiya, Fizika, Kompüter və informasiya texnologiyaları laboratoriyaları, eyni zamanda Texnopark ilə yaxından tanış olublar.

Ekskursiya zamanı liseyin şagirdlərinə laboratoriyalarda kimyəvi təcrübələri əyani şəkildə həyata keçirmək imkanı yaradılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Şagirdlər aparılan təcrübələrin, universitet həyatının onlarda böyük maraq doğurduğunu bildiriblər.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər