“RAMCO” QSC şirkətinin nümayəndəsi BMU-da olub

05 Noyabr 2019
“RAMCO” QSC şirkətinin nümayəndəsi BMU-da olub

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti ilə “RAMCO” QSC şirkətinin İnsan resursları departamenti arasında görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd BMU-da İnşaat mühəndisliyi ixtisası üzrə məzun olacaq yeni kadrlarla birgə işləmək və onların yeni iş həyatında ixtisaslarına uyğun sahələrdə təcrübə keçməsinə köməklik göstərilməsi olub.

Görüşdə istehsalat təcrübəsi üçün təcrübə yerlərinin təşkili, mütəxəssis hazırlığı, həmçinin təşkilati tədbirlərin keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın tikinti və kənd təssərrüfatı texnikaları bazarında lider şirkətlərdən olan “Ramco” QSC 2010-cu ildən fəaliyyət göstərir. Şirkət su təchizatı, kanalizasiya sistemləri, boru kəmərləri və çirkab su təmizləyici qurğularının tikintisini həyata keçirməklə məşğuldur. Şirkət hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ölkənin 4 bölgəsindəki layihələrinin tikintisini həyata keçirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər