Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası Ramazan bayramı ilə bağlı növbəti yardım aksiyası keçirib.
Bu dəfəki yardım aksiyasında BMU-da çalışan bir qrup təsərrüfat işçisi, həmçinin Abşeron rayonu ərazisində yaşayan imkansız ailələr yer alıb. Onlara Şura tərəfindən bayram ərəfəsində ərzaq yardımları göstərilib.
Universitetin ictimai-sosial həyatında aktiv rol alan BMU-nun Qadınlar Şurası fəaliyyətə başladığı dövrdən etibarən davamlı olaraq müxtəlif xeyriyyə aksiyaları keçirir.
İctimaiyyətlə əlaqələr şöbəsi