BMU-da I kurs tələbələri ilə karyera görüşü

14 Oktyabr 2025
BMU-da I kurs tələbələri ilə karyera görüşü

Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbələri ilə karyera yönümlü görüş təşkil edilib. Görüşün məqsədi tələbələrə peşə fəaliyyətlərində erkən mərhələdən düzgün istiqamət vermək, onların karyera planlaşdırmaq bacarıqlarını inkişaf etdirmək olub.

Tədbirdə öncə BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzinin fəaliyyəti barədə ümumi məlumat verilib. Qeyd olunub ki, mərkəz tələbələrin praktiki biliklərinin artırılması, təcrübə proqramlarında iştiraklarının təmin olunması, eləcə də əmək bazarına hazırlıq prosesində mühüm rol oynayır. Bildirilib ki, mərkəz həmçinin universitet ilə sənaye müəssisələri arasında əlaqələrin möhkəmlənməsi istiqamətində aktiv fəaliyyət göstərir.

Sonra şəxsi inkişaf planı hazırlamağın, məqsədlərin düzgün müəyyən edilməsinin və davamlı inkişafın əhəmiyyətindən danışılıb. Tələbələrə uğurlu karyera qurmaq üçün universitetdə təhsil aldıqları dövr ərzində atmalı olduqları addımlar barədə gərəkli tövsiyələr verilib.

Tədbir zamanı iştirakçılarla fərdi karyera planlaması aparılıb, onların maraq və məqsədlərinə uyğun təkliflər səsləndirilib, suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər