Şri-Lankanın “Rajadhani” şirkətinin icraçı direktoru Suqat Patma Kumar Bakı Mühəndislik Universitetinin (BMU) qonağı olub.
BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin tədris proqramları, beynəlxalq tərəfdaşlıqları və elmi nailiyyətləri haqqında qonağa geniş məlumat verib.
Görüş çərçivəsində BMU ilə “Rajadhani” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub və gələcək perspektivlər nəzərdən keçirilib.
Sonra qonaq universitetin müasir laboratoriyaları, yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş tədqiqat mərkəzi və innovasiya ekosisteminin əsasını təşkil edən BMU Texnoparkını ziyarət edib.
Universitetin geniş kampusu və maddi-texniki bazası ilə tanışlıq zamanı icraçı direktor BMU-da mövcud tədris və elmi mühitin beynəlxalq standartlara cavab verdiyini vurğulayıb. O, belə bir akademik və texnoloji potensiala malik universitetin gələcək mühəndislər, tədqiqatçılar və innovatorların yetişdirilməsində mühüm rol oynadığını bildirib. Sugat Patma Kumar, həmçinin bu ziyarətin gələcək tərəfdaşlıq üçün mühüm zəmin yaradacağına və qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi