Qiyabi təhsil alan tələbələr tədris prosesi barədə məlumatlandırılıb

30 Oktyabr 2024
Qiyabi təhsil alan tələbələr tədris prosesi barədə məlumatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində qiyabi təhsil alan ilk kurs tələbələri ilə görüş keçirilib.

Fakültənin tədris işləri üzrə dekan müavini dosent Osman Mirzəyev BMU-da bu il ilk dəfə qiyabi təhsil formasının tətbiq olunduğunu diqqətə çatdırıb və bu təhsil formasında oxuyacaq tələbələri təbrik edib. O, Mühəndislik fakültəsinin “Şərabçılıq” və “Nəqliyyatda servis” ixtisasları üzrə hər birinə qəbulda 20 yer ayrıldığını,  plan yerlərinin tam dolduğunu bildirib.

Görüşün qiyabi təhsil alan tələbələr üçün tədris, dərsə davamiyyət, nizam-intizam, imtahanlar barədə məlumatlandırma xarakteri daşıdığını qeyd edən dekan müavini qiyabi şöbədə payız və yaz semestrlərinin müddətləri barədə dolğun informasiyalar verib.

Sonra Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimov tədris planları, dərs cədvəlləri haqqında danışıb, həmçinin sessiya müddətində iş yerlərinə təqdim ediləcək arayış və digər texniki xarakterli məsələlərə toxunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.   

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər