“Qarabağın əsirlikdən azad olunmuş memarlıq abidələri” mövzusunda elmi seminar keçirilib

23 May 2023
“Qarabağın əsirlikdən azad olunmuş memarlıq abidələri” mövzusunda elmi seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.

Dizayn kafedrasının təşəbbüsü ilə baş tutan elmi seminar “Qarabağın əsirlikdən azad olunmuş memarlıq abidələri” mövzusuna həsr olunub.

Seminarda Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov məruzə ilə çıxış edib, tələbələrin suallarını cavablandırıb.

Tədbirdə, eyni zamanda erməni vandalizmi nəticəsində zərər görən və dağıdılan dünya əhəmiyyətli tarix-memarlıq abidələri, terrora məruz qalan mədəni irsimiz haqda real faktlardan danışılıb. Çıxışlar zamanı Vətən müharibəsindən sonra zəngin maddi mədəniyyət nümunələrinin bərpası və milli memarlıq üslubuna uyğun şəkildə yenidən qurulması istiqamətində görülən işlər haqda da məlumat verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər