Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi, Texnoparkın və Texnoklubun birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı keçiriləcək. Tədbir 23 oktyabr tarixində, BMU-nun akt zalında saat 12:00-da təşkil olunacaq (qeydiyyat linki: https://forms.gle/m9sAWr6b3ijWzvNa6).
Seminarda “Code Academy”nin təsisçisi Samir Kərimov “Proqlaşdırmanın öyrənilməsi üsulları” mövzusunda təqdimat edəcək.
“Code Academy”-nin əsas fəaliyyət istiqamətlərinə Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, onları fərdi və peşəkar inkişafı üçün lazımi məlumatlarla, praktiki vərdişlərlə təmin etmək daxildir.
Nəzərə çatdıraq ki, bu qəbildən olan təlim-seminarların təşkilində başlıca məqsəd innovativ və sahibkar düşüncəli gənclərin formalaşmasına təkan vermək, həmçinin onlara öz bizneslərini qurmaq imkanlarının yollarını aşılamaqdır.