Pedaqoji təcrübə ilə əlaqədar görüş keçirilib

04 Noyabr 2019
Pedaqoji təcrübə ilə əlaqədar görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU)  IV kursunda təhsil alan tələbələrinin 2019/2020-ci tədris ili üzrə 14 həftəlik pedaqoji təcrübəsinin təşkili ilə əlaqədar  növbəti görüş Abşeron rayonunda yerləşən “Zirvə” liseyində olub.

Görüşdə BMU-nun Təcrübə şöbəsinin müdiri Həzi Qasımov universitetdə tədris olunan pedaqoji ixtisaslar barədə ətraflı məlumat verib. O, 13 pedaqoji ixtisas üzrə (onlardan 9-u ingilis, 4-ü Azərbaycan dilində) 363 nəfər tələbənin pedaqoji təcrübə  keçəcəyini bildirib.

Liseyin müdiri Xəzər Babayev liseydə tədrisin təşkilindən danışıb. X.Babayev əvvəlki illərdə də BMU tələbələrinin liseydə təcrübə keçdiklərini və onların nəticələrindən razı qaldıqlarını vurğulayıb. O, bu il də müvafiq ixtisaslar üzrə pedaqoji təcrübə üçün tələbə qəbul edəcəklərini sözlərinə əlavə edib.

Görüşdə təcrübənin keyfiyyətli təşkili barədə müzakirələr və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bir müddət öncə pedaqoji təcrübənin təşkili ilə əlaqədar BMU ilə lisey müqavilə imzalayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər