Pedaqoji fakültənin tələbə və müəllim heyəti, Həmkarlar İttifaqı Komitəsinin üzvləri II Şəhidlər Xiyabanını ziyarət ediblər

07 Noyabr 2022
Pedaqoji fakültənin tələbə və müəllim heyəti, Həmkarlar İttifaqı Komitəsinin üzvləri II Şəhidlər Xiyabanını ziyarət ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinnin müəlimləri və qrup nümayəndələri, həmçinin ali təhsil ocağının Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Həmkarlar İttifaqı Komitəsinin üzvləri ikinci Şəhidlər Xiyabanını ziyarət ediblər.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid məzarlarının üzərinə güllər düzülüb və ruhlarına dualar oxunub.

Ziyarət zamanı BMU-nun müəllim və tələbələri Vətən müharibəsi şəhidi Tanrıverdiyev Nicat Şöhrət oğlunun məzarı başında anası və yaxınları ilə də görüşüb, şəhid ailəsinə dərin ehtiramlarını ifadə ediblər. Şəhid anası Şükran Faruq qızı Nicat ilə bağlı xatirələrini bölüşüb. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olan Nicat Tanrıverdiyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!

Xatırladaq ki, BMU-nun digər fakültələrində təhsil alan tələbələr də ötən həftə II Şəhidlər Xiyababnını ziyarət ediblər ( https://bit.ly/3FH8bwK,     https://bit.ly/3WyYBCc ,  https://bit.ly/3WsPqmN )

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər