Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıqla bağlı növbəti məlumatlandırıcı görüş keçirilib.
İlk kurs tələbələri üçün təşkil olunan budəfəki görüşdə Mühəndislik fakültəsinin dekanı Asif Quliyev, dekan müavini Osman Mirzəyev və tyutor Fəqan Əmənullazadə qış imtahan sessiyasının təşkili, imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi üçün yaradılan şərait barədə zəruri informasiyaları tədqim ediblər.
Görüşdə tələbələrin biliklərinin qiymətləndirilməsi, cavab kağızlarının düzgün doldurulması, o cümlədən təkrar imtahanlar, sessiya müddətində nizam-intizam qaydalarına ciddi əməl edilməsi kimi məsələlərə də toxunulub və tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi