Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin əməkdaşları - tədris işləri üzrə dekan müavini, dos. Osman Mirzəyev və Mexanika mühəndisliyi kafedrasının müdiri, dos. Asif Quliyev Sumqayıt şəhər 15 saylı tam orta məktəbdə 11-ci sinif şagirdləri ilə görüşüb.
Tədbirdə BMU-da müasir standartlar əsasında tədrisin təşkili, mövcud ixtisaslar, ikili diplom proqramı barədə ətraflı məlumat verilib. Bununla yanaşı, universitetin maddi texniki bazası, laboratoriyalar, yataqxana, idman meydançası, həmçinin tələbələrin asudə vaxtının səmərəli təşkili üçün yaradılan şərait və s. haqqında informasiyalar şagirdlərin nəzərinə çatdırılıb.
Çıxış edənlər BMU-dakı son yeniliklərə də toxunublar və qəbul imtahanlarından sonra abituriyentlərin ixtisas seçimi zamanı adıçəkilən ali təhsil oçağına üstünlük vermələri tövsiyə olunub.
Sonra universitet müəllimləri şagirdləri maraqlandıran suallara aydınlıq gətiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi