“Müəllim və tələbə ünsiyyəti” mövzusunda seminar

19 Noyabr 2019
“Müəllim və tələbə ünsiyyəti” mövzusunda seminar

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində tədrisin keyfiyyətinin və effektivliyin artırılması məqsədilə professor və müəllim heyəti üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulub.

İlk seminar ali təhsil sahəsində pedaqoji təcrübəyə malik, Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Nəsimi Kamalov tərəfindən “Müəllim və tələbə ünsiyyəti” mövzusunda keçiriləcək.

Seminar 21 noyabr 2019-cu il tarixində, saat 16:30-da İqtisadiyyat və idarəetmə fakültəsinin Akt zalında (310 nömrəli) təşkil olunacaq.  

Seminara BMU-nun bütün professor və müəllim heyəti dəvətlidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər