Oktyabrın 24-də Bakı Beynəlxalq Təhsil Kompleksinin (BBTK) şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar. Ekskursiyanın təşkilində əsas məqsəd məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək olub.
Öncə BMU-nun Təcrübə şöbəsinin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə universitet haqqında geniş məlumat verib. O, məktəb və universitet arasındakı fərqi izah edərək universitet həyatının önəmli olduğunu diqqətə çatdırıb.
Sonra şagirdlər universitetin İKT mərkəzi, Texnoparkı, Kimya, Biologiya və digər tədris laboratoriyaları ilə yaxından tanış olublar, həmçinin laboratoriyalarda maraqlı təcrübələri əyani şəkildə izləyiblər.
BBTK-nın müəllimləri və şagirdləri ekskursiyanın təşkilinə görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi