Magistratura səviyyəsinə qəbul olunanların elektron sənəd qəbuluna başlanılır

23 İyul 2025
Magistratura səviyyəsinə qəbul olunanların elektron sənəd qəbuluna başlanılır

Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə qəbul olunan bakalavrlar 24 iyul saat 15:00-dan etibarən onlayn formada qeydiyyatdan keçə bilərlər.

Qəbul olanlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməli və tələb olunan müvafiq sənədləri, şəxsi məlumatları daxil etməlidirilər.

Qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisaslaşmaya yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Daha ətraflı məlumat üçün BMU-nun Magistratura və doktorantura şöbəsinə (e-poçt: magistratura@beu.edu.az, tel: +994 (12) 349 99 66/67 (1109)) müraciət etmək mümkündür.

https://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-seviyyesine-qebul-olunan-bakalavrlarin-nezerine-462

Digər xəbərlər