Məktəblilərin Bakı Mühəndislik Universiteti (BMU) ilə əyani şəkildə tanışlığı istiqamətində həyata keçirilən işlərin davamı olaraq, Kaspi Liseyinin daha bir qrup şagirdinin universitetə ekskursiyası təşkil edilib.
Öncə şagirdlərə gənc universitet olan BMU-nun maddi-texniki bazası, elektron sistemləri, eyni zamanda ali təhsil ocağında mövcud olan fakültələr, tədris olunan ixtisaslar haqqında ətraflı məlumatlar tədqim olunub.
Sonra şagirdlər Fizika laboratoriyasında Elektrik və maqnetizm, Optika və Atom fizikası bölmələrini gəziblər və burada Nyuton dispersiya hadisəsini izləyiblər.
Ardınca universitetin Kimya və kimya mühəndisliyi, Biologiya, Kompüter və informasiya texnologiyaları laboratoriyalarında olan məktəblilərə buradakı mövcud avadanlıqların funksiyaları ətraflı izah edilib, eləcə də onlara bir sıra kimyəvi təcrübələri əyani şəkildə həyata keçirmək üçün şərait yaradılıb.
Liseyin şagirdləri, həmçinin BMU-nun zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxanası və Texnopark ilə yaxından tanış olublar.
Ekskursiya zamanı şagirdləri maraqlandıran suallara BMU-nun müəllimləri tərəfindən aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi