Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsinin Elm və innovasiya şöbəsilə birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (International Project Management Association-IPMA) “İCB4 standartları çərçivəsində layihə idarə etməsi”nə dair təlim proqramı sona çatıb.
Layihələrin idarə edilməsi üzrə peşəkar təlimçi Rəşad İbrahimov layihə idarə etməsi mövzusunun əhəmiyyətinə toxunub və keçirilən təlimlərdə iştirakçıların aktivliyindən danışıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova belə maraqlı təlimin təşkil olunmasına görə minnətdarlığını bildirib və təlimin iştirakçılara verdiyi üstünlükləri vurğulayıb.
Sonda təlim proqramını uğurla bitirən əməkdaşlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 3 həftə davam edən və universitet əməkdaşları üçün nəzərdə tutulan proqram çərçivəsində layihələrin idarə edilməsində beynəlxalq sertifikasiya sistemləri, layihədə layihə rəhbərinin rolu, layihənin tərkib hissələri - əsasnamə, büdcə, maraqlı tərəflər, həmçinin layihədəki işlərin iyerarxik strukturu, layihənin RACİ matrisası, satınalma planı, layihədə risklər istiqamətləri üzrə təlimlər aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi