Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrə “Kreativ tələbə necə olmalıdır?” mövzusunda təlim keçib.
AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev çıxış edərək, bu tipli tədbirlərin tələbələrin gələcək karyeralarındakı önəmindən danışıb.
AzTU-nun Karyera Mərkəzi tərəfindən təşkil olunan təlimdə B.Məmmədov tarixdəki kəşflərdən misal gətirərək kreativliyə gedən yollar, elmi yaradıcılığın əsas prinsipləri haqqında söhbət açıb. Karyeralarını qurmaq istəyən tələbələrin gələcəkdə qarşılarına çıxa biləcək problemlərin həlli yolları, eləcə də hədəfə çatmaq üçün uğura gedən yolu tapmağın üsulları barədə danışan B.Məmmədov sonda mövzu ilə bağlı tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, B.Məmmədov “İdeal müəllim” kitabının müəllifi, həmçinin Azərbaycanda ilk dəfə olaraq riyaziyyatı ən sadə şəkildə öyrədən, bütün riyaziyyatı vizuallaşdıran Pifaqor Akademiyasının da qurucusudur.
İctimaiyyətlə əlaqələr şöbəsi