“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş açıq dərs keçirilib

18 Sentyabr 2025
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş açıq dərs keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr üçün vətənpərvərlik mövzusunda açıq dərs təşkil edilib. 

Ümumi fənlər kafedrasının baş müəllimi Elnur Nəciyev tərəfindən aparılan açıq dərsdə Azərbaycanın azadlıq və müstəqillik yolu, xalqımızın dövlətçilik uğrunda mübarizəsinin tarixi məqamları, Konstitusiyanın dövlət və vətəndaş münasibətlərindəki müstəsna rolu diqqətə çatdırılıb. Bildirilib ki, 30 il öncə qəbul olunmuş Konstitusiyamız və 5-ci ildönümü qeyd edilən Vətən müharibəsindəki Qələbəmiz müstəqil dövlətçiliyimizin şanlı salnaməsi, qürurlu səhifələridir.   

Dərs zamanı Azərbaycanın müstəqilliyini qazandıqdan sonra iqtisadi baxımdan daha da inkişaf edərək güclü milli ordu yaratması, hərbi potensialını artırması, eləcə də xalqın sarsılmaz birliyi sayəsində Qarabağı Ermənistan işğalından azad etməsi və ölkəmizin bütün ərazilərində Konstitusiyanın hüquqi qüvvəsinin tam bərpası vurğulanıb.

Dərsdə, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, insanların öz doğma torpaqlarına qayıdış prosesi, eləcə də azad, demokratik, qalib, güclü bir ölkədə yaşayan gənclərin üzərinə hazırda düşən vəzifələr diqqətə çatdırılıb. Onlara suverenliyimizi qorumaq, torpaqlarımıza hər zaman sahib çıxmaq, milli kimliyə, dövlətçilik ənənələrinə bağlı qalmaq, Azərbaycanın dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq və ölkəmizi dünyada uğurla təmsil etmək tövsiyə olunub.  

İctimaiyyətlə əlaqələr şöbəsi   

Digər xəbərlər