Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsi və universitetdə fəaliyyət göstərən Keyfiyyət təmi̇natı komi̇ssi̇yası birgə iclas keçirib.
Toplantıda adıçəkilən şöbənin və komissiyanın gördüyü işlərə dair illik hesabat təqdim olunub. Bununla yanaşı, iclasda tətbiqi nəzərdə tutulan tələbə məmnuniyyət anketinə hazırlıqlarla bağlı bir sıra məsələlər müzakirə edilib.
İclasda universitetin akkreditasiyasına hazırlıq mərhələsi ilə əlaqədar da ətraflı müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi