Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində qrup nümayəndələri ilə görüş keçirilib.
Görüş tədris ilinin yekunlaşması, qarşıdakı imtahan prosesinə hazırlıq, həmçinin tədris ili müddətində ən fəal qrup nümayəndələrinin müəyyənləşdirilməsi və s. məsələlərin birgə müzakirəsi məqsədi daşıyıb.
Fakültənin dekanı, dosent Mayis Əzizov başa çatmaqda olan tədris prosesinin ümumi göstəriclərindən söz açaraq, SDF (semestr daxili fəaliyyət) qiymətləndirilməsinin yekunlaşdığını, imtahanların təşkili üzrə işlərə başlanıldığını və imtahan cədvəllərinin hazırlandığını diqqətə çatdırıb. İmtahanlarda müvəffəqiyyət göstəricilərinin daha da yüksəldilməsinə nail olunması ilə bağlı fikirlərini bölüşən dekan imtahan prosesində tələbə və müəllimlərin üzərinə düşən öhdəlik və vəzifələri xatırladıb, həmçinin onlara uğurlar arzulayıb.
Fakültənin tədris işləri üzrə dekan müavini Elsevər İbadov BMU-da imtahan prosesində tələbə biliklərinin qiymətləndirilməsi zamanı şəffaflıq və obyektivliyin əsas götürüldüyünü, imtahanlarda yüksək göstəriclərlə yanaşı, davranış qaydalarına ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
Dekan müavini tədris ili dövründə ən fəal qrup nümayəndələrinin müəyyənləşdirilməsi ilə bağlı tələbə və müəllimlər arasında aparılan sorğudan söz açıb, qaliblərin məhz bu sorğu nəticələrinə əsasən seçildiiyni qeyd edib.
Görüş qrup münayəndələrinə dair sorğunun qaliblərinin BMU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılması, eləcə də sualların cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi