İnformasiya və kompüter texnologiyaları fakültəsinin I kurs tələbələri ilə görüş olub

15 Sentyabr 2025
İnformasiya və kompüter texnologiyaları fakültəsinin I kurs tələbələri ilə görüş olub

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.

Fakültə rəhbərliyi və professor-müəllim heyətinin üzvləri tədbirdə çıxış edərək yeni tədris ili münasibətilə tələbələrə təbriklərini çatdırıblar.

Görüş zamanı fakültədə tədris prosesi, akademik qaydalar, tələbələrin müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqlara yiyələnmələri üçün yaradılan şərait, elmi və praktiki fəaliyyət imkanları, universitetin laboratoriyaları haqqında geniş məlumat verilib. Həmçinin BMU-da tələbələrin asudə vaxtlarının təşkili üçün müxtəlif tələbə klublarının fəaliyyət göstərdiyi bildirilib, tələbə adını yeni qazanan gənclərin qarşıdakı illərdə universitetin təhsil və elmi mühitində, ictimai həyatında  fəal iştirak edəcəklərinə əminlik ifadə olunub.

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, onlara təhsillərində uğurlar arzulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər