“İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri üçün təlim keçirilib

07 May 2025
“İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri üçün təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “MilliSec” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilati dəstəyi ilə “CyberPulse” layihəsi çərçivəsində “Red Team” və “Blue Team” mövzularında təlim keçirilib.

“İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri üçün təşkil olunan təlimdə kibertəhlükəsizlik üzrə mütəxəssislər Zaur Qasımov və Fəxrim Səfərov “CyberPulse” layihəsinin əsas məqsədinin kibertəhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, həmçinin yeni nəsil İT mütəxəssisləri üçün öyrənmə, təcrübə imkanlarının yaradılması olduğunu vurğulayıb və təlimin mövzusuna dair təqdimatla çıxış ediblər.  Çıxışlarda  Red Team və Blue Team yanaşmaları, bu sahələrdə karyera imkanları, öyrənilməsi vacib biliklər, eləcə də texnikalar haqqında ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçılar, həmçinin “Red Team” istiqamətində hücum metodologiyaları ilə tanış olub,  burada SOC mühiti, SIEM alətləri, insidentlərin aşkarlanması və cavablandırılması üzrə real ssenarilər üzərində praktiki təcrübə qazanıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər