Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin təşkilatçılığı ilə eyniadlı fakültənin I kursunda təhsil alan tələbələr üçün “İmtahan stresi və motivasiya” adlı seminar təşkil olunub.
Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev ilk semestrin sonunun yaxınlaşdığını bildirib, imtahan sessiyasının gedişi, qiymətləndirmə ilə bağlı tələbələrə ətraflı məlumat verib.
Sonra Pedaqogika kafedrasının baş müəllimi Hüseyn Xəlilov seminarın mövzusu ilə bağlı geniş məruzə ilə çıxış edib. Eyni zamanda, imtahan qabağı stresdən qurtulmağın yolları haqqında danışan məruzəçi, stresin həyatımızın içində olduğunu və ondan qorxmamağı tələbələrə tövsiyə edib.
Seminarda, həmçinin stresin zərərləri, onu aradan qaldırmağın yolları ilə bağlı maarifləndirici məlumatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi