Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzinin və Texnoparkının birgə təşkilatçılığı ilə ilk “UniTalks” seminarı keçirilib.
Seminarın spikeri BMU-nun 4-cü kurs tələbəsi,SUP.VC şirkətinin proqram meneceri, bir çox beynəlxalq startap brendlərinin Azərbaycan təmsilçisi və təşkilatçısı Tariyel Ağazadə olub.
Tədbirdə “Startap-Kiçik Biznesin Fərqi” mövzusunda dəyərli və vacib məlumatlar tələbələrlə bölüşülüb. Bildirilib ki, müasir dövrdə universitetlərdə innovativ və sahibkar düşüncəli gənclərin formalaşması baxımından belə tədbirlərin keçirilməsi zəruridir. İnteraktiv şəraitdə baş tutan seminarda T.Ağazadə auditoriyanın suallarını cavablandırıb.
Silsilə şəklində keçirilməsi nəzərdə tutulan belə seminarların əsas məqsədlərindən biri də tələbələrin öz ideyaları əsasında daha çox startapların qurulmasına töhvə verməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi