İdman sahəsində nailiyyətləri ilə fərqlənən tələbələr mükafatlandırılıb

17 Mart 2023
İdman sahəsində nailiyyətləri ilə fərqlənən tələbələr mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) idman sahəsində nailiyyətləri ilə fərqlənən tələbələrin mükafatlandırma tədbiri keçirilib.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən təşkil olunan tədbirdə şahmat idman növü üzrə müxtəlif tədbirlərin qalib komandaları iştirak ediblər.

Mükafatlandırılan tələbələrin bir qrupu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş XV Respublika Universiadasında II yerin qalibi olublar.

Digər tələbələr isə BMU-da kimya mühəndisliyi tələbələrinin inkişafı üçün qurulmuş “Society of Chemical Engineers”in (SChE) cəmiyyətinin və THİK-in birgə təşkilatçılığı ilə şahmat idman növü üzrə keçirilən turnirdə fərqləniblər. Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr arasında keçirilən turnirdə ilk 3 yeri tutan tələbələrə mükafatlar təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər