I kursda təhsil alan tələbələr arasında keçirilən mini futbol turniri başa çatıb

31 Oktyabr 2019
I kursda təhsil alan tələbələr arasında keçirilən mini futbol turniri başa çatıb

Bakı Mühəndislik Universitetinin (BMU) İdman şöbəsi, Tələbə Həmkarlar İttifaqı və İdman Klubunun dəstəyi ilə tələbələr arasında mini futbol turniri keçirilib. Yarış 2019/2020-ci tədris ilində Mühəndislik, Pedaqoji, İqtisadiyyat və idarəetmə fakültəsinə qəbul olan tələbələr arasında baş tutub.

Turnirin keçirilməsində əsas məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması, eyni zamanda gələcəkdə universitetlərarası futbol yarışlarında BMU-nu təmsil edəcək hazırlıqlı futbolçular yetişdirməkdir.

Mini futbol turnirində 4 qrup və hər birində 6 komanda olmaqla dairəvi sistemli turnir keçirilib. Oyunlar bir ay ərzində davam edib.

Final oyunundan sonra I, II və III yerə çıxan komandalar təşkilatçılar tərəfindən kubok və fəxri fərmanla təltif olunublar.

Qeyd edək ki, yığma komandanın məşqçisi Rauf Əliyev yarışa hakimlik edib. Turnirdə yüksək oyun nümayiş etdirən iki futbolçu-Rüşdü Məmmədli və Mətin Baxşəliyev BMU-nun futbol üzrə yığma komandasının heyətinə cəlb olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər