Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Z.Pataradze Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədovla görüşüb. Görüşün məqsədi Bakı Mühəndislik Universiteti ilə Gürcüstanda fəaliyyət göstərən universitetlər arasında əlaqələrin genişləndirilməsidir. BMU-da baş tutan görüşdə professor H.Məmmədov qonağa rəhbərlik etdiyi ali məktəbin ölkəmizdə mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yarandığını bildirib.
Bu sahədəki fəaliyyətlərindən bəhs edib.