Gənc mühəndislər STP-də

08 Aprel 2019
Gənc mühəndislər STP-də

  Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera deprtamentinin təşkilatçılığı ilə Kimya Mühəndisliyinin III və IV kurs tələbələri Sumqayıt  texnologiyalar parkında olublar.

   Texnologiyalar parkında təhlükəsizlik qaydaları ilə məlumatlandırıldıqdan sonra tələbələr Elektrik avadanlıqları zavodunda istehsal olunan məhsullarla tanış olublar. İstehsalla bağlı tələbələrə ətraflı məlumat verən zavodun əməkdaşı bildirib ki, müəssisədə istehsal olunan ödəniş terminallarının hissələri Almaniya və Fransadan gətirilərək burda quraşdırılır.

     Daha sonra  tələbələr Sumqayıt Texnologiyalar Parkının Polimer məmulatları zavodunda olublar.  Zavodun fəaliyyəti və iş prosesi haqqında tələbələrə ətraflı məlumat verilib. Qeyd edək ki, burda istehsal olunan məhsullar yerli bazarın tələblərini qarşılamaqla yanaşı xarici ölkələrdə də satışı həyata keçirilir.

     Tələbə heyəti üçün olduqca maraqlı olan bu təcürbə-tanışlığına görə Sumqayıt Texnologiyalar Parkının rəhbərliyinə və kollektivinə universitetimiz adından təşəkkür edirik.

Digər xəbərlər