“ENACTUS BEU”- nun əsas fəaliyyət istiqamətləri müəyyənləşib

11 Oktyabr 2019
“ENACTUS BEU”- nun əsas fəaliyyət istiqamətləri müəyyənləşib

     Bakı Mühəndislik Universitetində (BMU) yaradılan “ENACTUS BEU” komandasının  ilk toplantısı keçirilib.

    İclasda BEU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, həmçinin “ENACTUS BEU” komandasının gələcək fəaliyyət istiqamətlərinə toxunaraq qarşıda duran əsas işlərin nədən ibarət olmasını diqqətə çatdırıb.

   BEU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizovun, İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubovun və “ENACTUS BEU”-nun  üzvlərinin iştirak etdiyi toplantıda  yeni komandanın sonrakı fəaliyyət istiqamətləri və təşkil olunacaq təlimlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

    Məlumat üçün bildirək ki, ENACTUS sahibkarlıq fəaliyyətinin gücü ilə inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır. O, ilk dəfə 1975-ci ildə ABŞ-da Robert Davis tərəfindən SIFE (Student in Free Enterprise) adı ilə təsis olunub və bu gün 37 ölkədə rebrendiqdən sonra ENACTUS adı ilə fəaliyyət göstərir. ENACTUS təşkilatının ölkəmizdə də nümayəndəliyi mövcuddur.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər