Oktyabrın 1-də Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda ilk olaraq yay imtahan sessiyasının nəticələri və tədrisin müasir səviyyədə təşkili yolları barədə hesabat dinlənilib. Müzakirələrdən sonra rəy və təkliflər nəzərə alınmaqla hesabat qənaətbəxş hesab edilib.
Sonra iclasda BMU-nun 2024-2025-ci və növbəti tədris illəri ərzində icra ediləcək tədbirlərə dair fəaliyyət planı, yeni ştat cədvəlinin təsdiqi barədə müvafiq qərarlar qəbul olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi