ELAN: BMU-nun əməkdaşının “Tətbiqi ekonometrika” təlimi

19 Sentyabr 2019

 Bakı Mühəndislik Universiteti İqtisaiyyat və idarəetmə fakültəsi “Dünya iqtisadiyyatı” kafedrasının əməkdaşı İlkin Qasımovun təqdimatında universitet əməkdaşlarına “Tətbiqi Ekonometrika” təlimi veriləcəkdir. Təlimin məqsədi impakt faktorlu jurnalların tələbinə uyğun elmi-tədqiqat işlərinin yazılmasında istifadə olunan müasir ekonometrik modellerin mənimsənilməsidir. Təlim silsilə xarakter daşıyır. Təlimin mövzuları aşağıdakı kimidir:

 - Verilənlər bazasının (data) növləri

- Eviews proqramı ilə ümumi tanışlıq

- Xətti reqressiya modelləri

- Reqressiya modellərində meydana çıxan problemlər və onların həlli  yolları

- Vahid kök testinin tətbiq edilməsi və s.

     Təlimdə iştirak etmək üçün ad, soyad və kafedranızı yazaraq eafaculty@beu.edu.az e-mailə müraciət etməyiniz xahiş olunur.

     Təlim hər həftənin çərşənbə günü saat 16:20 – 17:55-də İqtisadiyyat binası Abşeron otağında (233) olacaqdır. Təlim oktyabrın 2-dən etibarən başlayacaqdır.

     Təlimə müraciət üçün son tarix: 30.09.2019

Digər xəbərlər