Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin istehsalat təcrübəsinin yekunlaşması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə təşkilatı olan DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (RİM) tədbir keçrilib.
Tədbirdə BMU-nun informasiya texnologiyaları və kompüter mühəndisliyi ixtisasının 5 tələbəsi öz hesabatlarını təqdim ediblər. Təcrübə fəaliyyətləri haqda məlumat verən tələbələr həmin dövrdə yerinə yetirdikləri layihələrdən danışıblar.
Tələbələrin hesabatları yüksək qiymətləndirilib, eyni zamanda təcrübələrini uğurla başa vuran tələbələrin işlə təmin olunacağı vurğulanıb.
Cari tədris ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlara müxtəlif ixtisaslar üzrə BMU-nun 20 tələbəsi istehsalat təcrübəsinə göndərilib. Tələbələr təcrübələrini nazirliyin DOST RİM ilə yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidməti və DOST İş Mərkəzində keçiblər.
Xatırladaq ki, BMU tələbələrinin istehsalat və pedaqoji təcrübəsi 16 fevral - 24 may 2023-cü il tarixlərini əhatə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi