Carlsberg Azərbaycan şirkətinin əməkdaşı BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera departamentinin qonağı olub. Görüş zamanı bildirilib ki, şirkət tələbə və yeni məzun olanlara ödənişli təcrübə keçmək imkanı yaradır və daha sonra işə davam etmək təklifi edir.
Şirkətdən verilən məlumata görə, “Carlsberg Azerbaijan”da təcrübə imkanları universitetin 3-cü kurs və yuxarı (magistr kursları daxil olmaqla), əyani bölməsində tədris alan tələbələr üçündür. Tələbələrlə əmək müqaviləsi (müəyyən sınaq müddəti ilə) təklif edilir. Təcrübə müddəti başa çatdıqdan sonra və yüksək nəticələrlə işinin öhdəsindən gələn təcrübəçilərə, ixtisasına uyğun olaraq (şirkətdə uyğun vakansiya olduğu halda) daimi iş yeri təklif oluna bilər.
Tələb olunan ixtisasların siyahısı:
Namizədlərə olan tələblər:
3-cü və 4-cü kurs tələbələri
Azərbaycan dilini səlis bilən (danışma və yazma) Rus və İngilis dillərini bilənlərə üstunlük verilir
Yüksək ünsiyyət bacarıqları olan.
İnternet Explorer və MS Office programlarını yaxşı bilən.
Müraciət qaydası
“Carlsberg Azerbaijan” şirkətinin yay təcrübə proqramına seçimlərdə (test və assesme center) iştirak etmək istəyənlər 25 May 2019 tarixinədək, elektron məktubun mövzu bölməsində «Yay Təcrürbə Proqramı» qeyd etməklə HR_CV@Carlsberg.az adresinə CV-ləri göndərə bilərsiniz.
CV-də oxuduğunuz universitetin adı, ixtisasınız, bacarıqlarınız və iş təcrübəniz (olduğu halda) mütləq yer almalıdır.