BMU gənc alim və tədqiqatçıların yay düşərgəsində təmsil olunub

28 Avqust 2025
BMU gənc alim və tədqiqatçıların yay düşərgəsində təmsil olunub

Bakı Mühəndislik Universiteti (BMU) Gənclər və İdman Nazirliyinin dəstəyi, eləcə də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Milli dəyərlərlə rəqəmsal gələcəyə” devizi altında keçirilən gənc alim və tədqiqatçıların yay düşərgəsində təmsil olunub.

Respublikanın müxtəlif ali və elmi-tədqiqat müəssisələrindən olan gənc alimlər, magistrantlar və doktorantların qatıldığı yay düşərgəsində (21-26 avqust) BMU-nun Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayeva “İnnovasiya və Ənənə: Rəqəmsal Startaplarla Dəyərlərimizi yaşadaq” mövzusunda çıxış edib. O, tədbirdə fəal iştirakına görə sertifikatla təltif olunub.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunan yay düşərgəsi günlərində həm milli-mənəvi dəyərlərin qorunması, həm də rəqəmsal dünyanın çağırışlarına uyğun inkişaf imkanları barədə müzakirələr aparılıb.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgəyə ümumilikdə 90 magistr, gənc alim və tədqiqatçı qatılıb. Düşərgənin təşkilində əsas məqsəd bilik və təcrübə mübadiləsinin aparılması, elmi əməkdaşlıqların qurulması, innovativ ideyaların təşviqi və intellektual inkişaf mühitinin gücləndirilməsi olub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər