BMU-ya qəbul olunan abituriyentlərin elektron qeydiyyatı başlayıb

28 Avqust 2025
BMU-ya qəbul olunan abituriyentlərin elektron qeydiyyatı başlayıb

Avqustun 28-i saat 11:00-dan Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayıb. Qeydiyyat prosesi 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qeydiyyat portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə onlayn formada aparılır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək. 

Əlavə sualınız yaranarsa BMU-nun Qeydiyyat komissiyası ilə əlaqə saxlaya bilərsiniz (I-V günlər, saat 10:00-17:00):

Tel: 012-349-99-55 (birbaşa);

Tel: 012-349-99-66 (daxili 1323).

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər