Büdcə sistemi ilə bağlı tələbələrlə görüş

20 Dekabr 2019
Büdcə sistemi ilə bağlı tələbələrlə görüş

 

Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında təhsil alan tələbələr üçün maarifləndirici seminar təşkil olunub.

Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev seminarın əhəmiyyətindən bəhs edib.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov “Azərbaycanın büdcə sistemi və 2020-ci il dövlət büdcəsinin analizi” mövzusunda təqdimatla çıxış edib. Prorektor dövlət büdcəsinin məqsədinin ümumi daxili məhsulun yenidən bölüşdürülməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi, mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, həmçinin istifadəsi üzərində nəzarət, ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının, problemlərinin həlli olduğunu vurğulayıb.

E.Süleymanov büdcə təsnifatı və onun tərkib elementləri, büdcə xərclərinin funksional və iqtisadi təsnifatı barədə məlumat verib. Azərbaycan Respublikasının büdcə sisteminə toxunan prorektor, bu sistemin dövlət büdcəsi və maliyyə büdcələrindən ibarət olduğunu qeyd edib. O, 2020-ci il və sonrakı 3 il üzrə makroiqtisadi proqnozları diqqətə çatdırıb. Eyni zamanda, 2020-ci il üçün dövlətin təhsil, elm, səhiyyə sahələrinə ayırdığı vəsaitlər haqda məlumatlara toxunub.

        Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər