“British Council Azerbaijan”ın rəhbəri Samr Şah Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisində Bakı Mühəndislik Universitetinin (BMU) stendi ilə tanış olub.
BMU-nun rektoru, professor Havar Məmmədov qonağa stenddə nümayiş olunan vəsaitlər barədə məlumat verib. Mühəndislik, beynəlxalq əlaqələr, memarlıq və inşaat, eləcə də digər sahələr üzrə təqdimatlar, tələbələr tərəfindən ərsəyə gətirilmiş startap layihələri, kimya laboratoriyasında hazırlanan məhsullar adıçəkilən nümayəndəliyin rəhbərinin marağına səbəb olub. Samr Şah sərgilənən məhsulların innovativliyini və tələbələrin təqdimat bacarığını yüksək qiymətləndirib.
Söhbət zamanı gələcək əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Samr Şah BMU-nun rektorunu bu ayın sonunda keçirilməsi nəzərdə tutulan “Məzunların məşğulluğunun artırılması” adlı konfransa dəvət edib.
İctimaiyyətlə əlaqələr şöbəsi