Bakı Mühəndislik Universitetində (BMU) “YENİ Klub”un təşəbbüsü ilə informasiya texnologiyaları (İT) sahəsində “Bootcamp Front-2023” adı altında yeni layihəyə start verilib.
Bu məqsədlə keçirilən tədbirdə BMU “YENİ Klub”un rəhbəri Adəm Babayev və Klubun koordinatorları çıxış ediblər.
Bildirilib ki, layihə tələbələrin veb-saytların yaradılması üzrə “Front end” sahəsində bacarıqlarının artırılması və təkmilləşdirilməsi məqsədi daşıyır. Diqqət çəkən məqam ödənişsiz kursların BMU-nun informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan, müvafiq təcrübəyə malik olan 4 tələbəsi və 1 mentor tərəfindən həyata keçirilməsidir.
Proqramda iştirakla bağlı qeydiyyatdan keçən tələbələr arasından ilkin olaraq 15 nəfər layihə çərçivəsində dərslərə qatılmaq imkanı qazanıb.
Bir ay müddətində davam edəcək layihənin sonunda iştirakçılara sertifikatların verilməsi də nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi