BMU-ya sənəd vermiş 22 doktorant növbəti mərhələyə buraxılıb

02 İyun 2025
BMU-ya sənəd vermiş 22 doktorant növbəti mərhələyə buraxılıb

Bakı Mühəndislik Universitetində (BMU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul komissiyasının iclası keçirilib.

İclasda elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov ölkəmizdə yüksəksəviyyəli elmi kadr potensialının formalaşdırılması, gənclərin elmə marağının artırılması istiqamətində atılan addımları vurğulayıb.  Eyni zamanda, elmi fəaliyyətin gücləndirilməsi və kadrların hazırlığı prosesində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrə diqqət çəkib.  

Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğunun müəyyənləşdirilməsi zamanı qərarların obyektivlik və ədalət prinsipləri əsasında verilməsinin vacibliyini deyən Ağası Məlikov iddiaçılara uğurlar arzulayıb.

İclasda qəbul qaydaları və şərtləri barədə məlumat verildikdən sonra iddiaçılar seçdikləri ixtisaslarla bağlı komissiya üzvlərinin suallarını cavablandırıblar.

Ardınca elmi rəhbərlərlə müzakirələr aparılıb və doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluqları yoxlanılıb.

Sonda BMU-ya sənəd vermiş 22 doktorantın növbəti mərhələyə-imtahanlara buraxılması haqqında müvafiq qərar verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər