BMU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adı altında əmək yarmarkası keçiriləcək

12 Dekabr 2022
BMU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adı altında əmək yarmarkası keçiriləcək

Bakı Mühəndislik Universiteti (BMU) və Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adı altında əmək yarmarkası təşkil olunacaq. Yarmarkada tələbələr və məzunlar üçün iş, təcrübə imkanları, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq imkanı yaradılacaq.

Sizləri 15 dekabr 2022-ci il saat 10:30-13:00 tarixində BMU-nun əsas binasında keçiriləcək əmək yarmarkasında  iştirak etməyə dəvət edirik. Yarmarkada iştirak üçün qeydiyyat linki : https://forms.gle/LfhCwg4oHruKZhLj6

Qeyd: qeydiyyatdan keçməyən şəxslər universitet ərazisinə daxil ola bilməyəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər