Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Ləman Şərifova Türkiyənin Antalya şəhərində keçirilən “Türk dünyasında sosial həyat və iş həyatında qadın” adlı qurultayda (14-18 dekabr) iştirak edib.
Türk Eğitim-Sen tərəfindən təşkil olunan və türkdilli ölkələrin qadınlarını bir araya gətirən qurultayda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi 6 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Qurultayda BMU THİK sədri "Gələcəyin dünyasında qadının rolu" mövzusunda çıxış edib.
Tədbirdə gələcəyin Türk dünyasında qadınların rolu, həmçinin qadınların həmkarlar ittifaqı təşkilatlarında yeri, onların məşğulluğu, iş həyatında hüquqları və s. bu kimi önəmli mövzular ətrafında məruzələr dinlənilib.
İctimaiyyətlə əlaqələr şöbəsi