Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Voleybol Klubunun təşkilatçılığı ilə tələbələr arasında voleybol turniri keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə həyata keçirilən tədbirlər çərçivəsində baş tutan yarışmada hər komandada 7 nəfər olmaqla 8 komanda iştirak edib.
3 gün davam edən voleybol turnirinin sonunda fərqlənən tələbələrə BMU TGT tərəfindən hədiyyələr təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi