BMU tələbələrinin Mirzə Fətəli Axundovun ingilis dilində səhnələşdirdikləri əsərinə baxış keçirilib

24 May 2023
BMU tələbələrinin Mirzə Fətəli Axundovun ingilis dilində səhnələşdirdikləri əsərinə baxış keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin böyük mütəfəkkir Mirzə Fətəli Axundovun ingilis dilində səhnələşdirdikləri “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsərinə baxış keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində keçirilən tədbir universitetin Pedaqoji fakültənin Xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tələbələrin ifasında “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsəri təqdim olunub.

Qısa aktlar formatında səhnələşdirilən tamaşada səhnəciklər arasında tələbələrin ifasında müxtəlif musiqi nömrələri də səsləndirilib.

Tələbələrin ingilis dili bacarıqları, oyunçuluq qabiliyyəti, aktyorluq məharəti maraqla izlənilib, səhnə performansları alqışlarla qarşılanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər